Digər
Nəriman Həsənzadədən yeni xəbər var
Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klnik Xəstəxanasından evə buraxılıb.
Kult.az xəbər verir ki, bu barədə APA-ya xalq şairinin köməkçisi Aref Mehmandost məlumat verib.
"Həftədə bir dəfə dializ olunacaq. Bundan əlavə, evdə mütəmadi olaraq həkim müayinə edəcək", - deyə xalq şairinin köməkçisi bildirib.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Mənbə
axar.az