Digər

Zalujnı bu tarixdə Ukrayna prezidenti olacaq - İqnatius

31 Dec 2025, 14:43 1 baxış
Zalujnı bu tarixdə Ukrayna prezidenti olacaq - İqnatius

Ukrayna ordusunun keçmiş baş komandanı və Ukraynanın Londondakı səfiri Valeri Zalujnı 31 dekabr 2026-cı ildə Ukrayna prezidenti olacaq.


Axar.az xəbər verir ki, bunu “Vaşinqton Post” qəzetinin köşə yazarı David İqnatius 2026-cı il proqnozlarını yazarkən qeyd edib.


“Vladimir Zelenskinin istefasından sonra Zalujnı "milli birlik" hökumətinə rəhbərlik edəcək”, - o bildirib.


İqnatiusun 2026-cı il və Ukrayna müharibəsi ilə bağlı proqnozları arasında aşağıdakı ssenarilər də var:


- Rusiyanın "kölgə donanmasına" ciddi zərbə vuracaq və Rusiyanın enerji ixracatını yarıya endirəcək Ukrayna dəniz dronları.


- NATO-nun AB hava məkanını keçən Rusiya dronunu vurmasından və mülki təyyarə üçün təhlükə yaratmasından sonra müharibənin genişlənməsi.


- Davam edən və qanlı bir dalana çevrilən müharibə.

Mənbə axar.az

Oxşar Xəbərlər