İdman
İngiltərə klubu ağlagəlməz antirekordu təkrarladı
İngiltərənin "Vulverhempton" klubu mövsümün startından bəri 19 oyunda qələbə qazana bilməyərək, tarixi antirekordu təkrarlayıb. Oxu.Az xəbər verir ki, sonuncu dəfə İngiltərə çempionatında belə bir uğursuz nəticə 1901-ci ildə "Bolton" klubuna məxsus olub. Qeyd edək ki, dünən Premyer Liqada "Vulverhempton" gözlənilmədən səfərdə "Mançester Yunayted"lə heç-heçə (1:1) edib. Cari mövsümdə keçirdiyi 19 oyunun 16-da uduzan klub üç matçda heç-heçəyə nail olub. "Vulverhempton" üç xalla turnir cədvəlinin aşkar autsayderidir.
Mənbə
oxu.az