İdman
İngiltərə Premyer Liqası: "Arsenal" ili darmadağınla başa vurdu, "Mançester Yunayted" bir xalla kifayətləndi
İngiltərə Premyer Liqasında 19-cu turun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, lider "Arsenal" ili darmadağınla başa vurub. Doğma azarkeşləri önündə "Aston Villa"nı qəbul edən "topçular" 4 qol vuraraq, öz qapılarından yalnız bir top çıxarıblar - 4:1.
Turun digər görüşündə "Mançester Yunayted" autsayder "Vulverhempton"la qarşılaşıb. "Old Trafford"da üz-üzə gələn komandalar sülhlə ayrılıblar - 1:1.
Qeyd edək ki, hazırda "Arsenal" 45 xalla yarışın vahid lideridir. "Qırmızı şeytanlar" isə 30 xalla 6-cı pillədə qərar tutublar.

Mənbə
oxu.az