İdman

Afrika Millətlər Kuboku: Uqanda üç qapıçı ilə oynadı

31 Dec 2025, 01:24 1 baxış
Afrika Millətlər Kuboku: Uqanda üç qapıçı ilə oynadı
Afrika Millətlər Kubokunda Nigeriya ilə qrup mərhələsi matçında Uqandanın heyətində üç qapıçı oynayıb. Oxu.Az xəbər verir ki, turnir Mərakeşdə keçirilir. Matçın start heyətində oynayan qapıçı 56-cı dəqiqədə zədə səbəbindən əvəzlənib. Lakin ikinci qolkiper cərimə meydançası xaricində əllə oynadığı üçün oyuna daxil olduqdan 11 dəqiqə sonra meydandan qovulub. Çıxılmaz vəziyyətdə qalan baş məşqçi oyunçulardan birini üçüncü qapıçı ilə əvəzləyib. Matç 3-1 hesabı ilə qrup lideri olan Nigeriyanın xeyrinə başa çatıb. Uqanda cəmi 1 xalla yarışından kənarda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər