İdman
İngiltərə Premyer Liqası: "Çelsi" "Bornmut"la bacarmadı
İngiltərə Premyer Liqasının 19-cu turunda "Çelsi" ev matçında "Bornmut"u qəbul edib. Oxu.Az xəbər verir ki, oyunda 4 qol vurulsa da, qalibi müəyyən etmək mümkün olmayıb - 2:2. Maraqlıdır ki, qarşılaşmadakı bütün qollar ilk yarım saat ərzində vurulub. Meydan sahiblərindən Palmer (15) və Fernandes (23), qonaqlardan Bruks (6) və Klüvert (27) fərqləniblər. Beləliklıə də, Premyer Liqada 19 oyundan sonra Enzo Mareskanın komandası 30 xalla beşinci yerdədir. Andoni İraolanın yetirmələri isə 23 xalla 15-ci pillədə qərarlaşıblar.
Mənbə
oxu.az