İdman

İtaliya A Seriyasında narıncı toplardan istifadə olunmayacaq

31 Dec 2025, 01:48 1 baxış
İtaliya A Seriyasında narıncı toplardan istifadə olunmayacaq
"İtaliya A Seriyasında payız-qış mövsümündə istifadə olunan narıncı topdan imtina ediləcək". Oxu.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, bu sözləri A Seriyasının prezidenti Etsio Simonelli deyib. "Bu mövzu ilə bağlı çoxlu əsaslandırılmış şikayətlər aldıq. Elə tamaşaçılar var ki, daltonizm (gözün bəzi rəngləri seçə bilməməsi - red.) səbəbindən bu topu görə bilmirlər. Buna görə də biz sarı və ağ toplara qayıdırıq", - deyə o bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər