İdman

Ronaldo ilə bağlı gözlənilməz: Son 16 ildə ilk dəfə...

31 Dec 2025, 01:36 1 baxış
Ronaldo ilə bağlı gözlənilməz: Son 16 ildə ilk dəfə...

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında oynayan portuqaliyalı hücumçu Kristiano Ronaldo 2025-ci ili rəsmi oyunlarda het-trik etmədən başa vurub.


Axar.az xəbər verir ki, bu barədə "Spor"un məlumatında deyilir.


Bildirilib ki, bu, Ronaldonun 2009-cu ildə "Real Madrid"də oynadığı vaxtdan bəri rəsmi oyunda het-trik etmədiyi ilk haldır. Portuqaliyalı hücumçu 2025-ci ildə 41 qol vurub. O, sonuncu qolunu çərşənbə axşamı Səudiyyə Ərəbistanı çempionatında "Əl-İttifaq"a qarşı səfər oyununda (2:2) vurub.

Mənbə axar.az

Oxşar Xəbərlər