İdman

Səudiyyə Pro Liqası: "Ən-Nəsr" ilk dəfə xal itirdi

30 Dec 2025, 23:54 1 baxış
Səudiyyə Pro Liqası: "Ən-Nəsr" ilk dəfə xal itirdi
Səudiyyə Ərəbistanının Pro Liqasında 12-ci turun oyunlarına start verilib. Oxu.Az xəbər verir ki, turun açılış oyununda "Əl-İttifaq" və "Ən-Nəsr" komandaları qarşılaşıblar. Görüş 2:2 hesabı ilə başa çatıb.
Matçda hesabı ev sahibləri açsalar da, üstünlüklərini qoruya bilməyiblər. Jorjinyo Veynaldumun dubluna cavab olaraq, Juan Feliks və Kriştianu Ronaldu fərqləniblər. Ronaldu karyerasında 957-ci qolunu vurub. "Ən-Nəsr" isə ilk dəfə bu mövsüm çempionatda xal itirib. Bu nəticə ilə "Ən-Nəsr" 31 xalla turnir cədvəlində liderliyini davam etdirir. "Əl-İttifaq" isə 16 xalla 8-ci pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər