İdman

Maqnus Karlsen doqquzuncu dəfə blits üzrə dünya çempionu oldu

30 Dec 2025, 22:24 1 baxış
Maqnus Karlsen doqquzuncu dəfə blits üzrə dünya çempionu oldu
Norveçli qrossmeyster və 16-cı dünya çempionu Maqnus Karlsen Qətərin Doha şəhərində keçirilən blits üzrə dünya çempionatının qalibi olub. Oxu.Az championat.com-a istinadən xəbər verir ki, o, titul uğrunda özbəkistanlı Nodirbek Abdusattarovu məğlub edib. Matç 2.5:1.5 hesabı ilə başa çatıb. Xatırladaq ki, Karlsen əvvəllər 2009, 2014, 2017, 2018, 2019, 2022, 2023 və 2024-cü illərdə blits üzrə dünya birincisi olub. O həmçinin Dohada keçirilən dünya çempionatı çərçivəsində rapid növündə də bütün rəqiblərinə qalib gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər