İdman
"Fənərbağça" "Milan"ın hücumçusu üçün 35 milyon avro ödəməyə hazırdır
"Fənərbağça" "Milan"da forma geyinən fransız hücumçu Kristofer Nkunkunu transfer etmək istəyir. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb. "Fənərbağça" 28 yaşlı futbolçunun transferi üçün 30-35 milyon avro ödəməyə hazırdır. Qeyd edək ki, Nkunkunun "Milan"la müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədərdir. Oyunçu bu mövsüm bütün turnirlərdə 15 oyunda üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az