İdman

Məşhur futbolçu Çempionlar Liqası finallarında geyindiyi formaları satışa çıxarır

30 Dec 2025, 03:16 1 baxış
Məşhur futbolçu Çempionlar Liqası finallarında geyindiyi formaları satışa çıxarır
"Çelsi"nin sabiq futbolçusu Con Terri 2008-ci ildə Çempionlar Liqasının finalında geyindiyi formanı xeyriyyə tədbirində hərraca çıxarıb. Oxu.Az Goal.com-a istinadən xəbər verir ki, Terri "Çelsi" ilə Çempionlar Liqasının final oyunlarından iki köynəklə yanaşı, şəxsi futbol kolleksiyasını hərraca çıxarmaq planı var. İngiltərə millisinin keçmiş müdafiəçisi, 2008-ci ildə Moskvada "Mançester Yunayted"ə məğlub olduğu oyunda geyindiyi, həmçinin 2012-ci ildə "Çelsi"nin Çempionlar Liqasında "Bavariya" üzərində qazandığı qələbə zamanı geyindiyi formaları da satır. Terri finalda iştirak etməsə də, komanda yoldaşları ilə birlikdə kuboku qaldırmaq üçün formasını geyinərək meydançaya çıxıb. Satış ABŞ-nin Nyu-Cersi ştatındakı "Goldin Auctions" tərəfindən təşkil edilən xeyriyyə hərracının bir hissəsidir. Tədbirdən əldə edilən gəlir bir sıra Britaniya xeyriyyə təşkilatlarını dəstəkləyən "Con Terri Fondu"na köçürüləcək. Hərracın dekabrın 31-də başa çatması planlaşdırılır. Qeyd edək ki, Con Terri 1998-2017-ci illərdə "Çelsi"nin formasını geyinib. O, 2003-2012-ci illərdə İngiltərə millisinin üzvü olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər