İdman

"Qalatasaray"ın keçmiş idman direktoru Erden Timur saxlanılıb

30 Dec 2025, 01:36 1 baxış
"Qalatasaray"ın keçmiş idman direktoru Erden Timur saxlanılıb
Türkiyə futbolunda danışılmış oyunlar və qanunsuz mərc fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində "Qalatasaray" klubunun keçmiş idman direktoru Erden Timur saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb. Bildirilib ki, həmin istintaq çərçivəsində daha 19 nəfər həbs edilib. Qeyd olunur ki, Erden Timurla bağlı iş mərc oyunları üzrə aparılan əsas istintaqdan ayrılıb və İstanbul Prokurorluğunun Terrorçuluğun Maliyyələşdirilməsi və Cinayət Gəlirlərinin Leqallaşdırılması Bürosuna göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər