İdman
İtaliya A Seriyası: "Roma" ili qələbə ilə başa vurdu
İtaliya A Seriyasında 17-ci turun qarşılaşmaları başa çatıb. Oxu.Az xəbər verir ki, "Roma" ev matçında "Cenoa"nı sınağa çəkib. Meydan sahibləri qonaqların qapısından üç top keçiriblər. Komandanın heyətində Sule (14), Kone (19) və Fergüson (31) fərqləniblər. Rəqib komanda bu toplardan yalnız birinin əvəzini çıxmağı bacarıb. Ekhator (87) təsəlli qolunun müəllifi olub - 3:1. Bu qələbə sayəsində paytaxt təmsilçisi xallarını 33-ə çatdıraraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. "Cenoa" isə aktivindəki 14 xalla 17-cidir.
Mənbə
oxu.az