İdman
"Latsio"nun baş məşqçisi ürək əməliyyatı keçirib
"Latsio"nun baş məşqçisi Mauritsio Sarri ürək əməliyyatı keçirib. Oxu.Az xəbər verir ki, bu barədə futbol klubunun veb-saytı məlumat verib. 66 yaşlı mütəxəssisə ürək qulaqcığının fibrillyasiyası diaqnozu qoyulub. Məlumata görə, əməliyyat uğurlu keçib və Sarri yaxın günlərdə vəzifəsinin icrasına qayıdacaq. Qeyd edək ki, hazırda "Latsio" A Seriyasının turnir cədvəlində səkkizinci yerdədir. Sarri 2021-ci ildə komandanın sükanı arxasına keçib. O, 2024-cü ilin martında vəzifəsindən ayrılıb, lakin 2025-ci ilin iyununda kluba qayıdıb.
Mənbə
oxu.az