İdman

İdmançılar üçün qadağan olunan maddələrlə bağlı qaydalar nə vaxt qüvvəyə minəcək?

29 Dec 2025, 12:46 1 baxış
İdmançılar üçün qadağan olunan maddələrlə bağlı qaydalar nə vaxt qüvvəyə minəcək?
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün müəyyənləşdirdiyi qadağan edilmiş maddələrin siyahısının açıqlanacağı tarix məlum olub. Bu barədə Oxu.Az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib. Qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Siyahı Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib. Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər