İdman

Yohan Kroyfun oğlu "Ayaks"da çalışacaq

29 Dec 2025, 10:44 1 baxış
Yohan Kroyfun oğlu "Ayaks"da çalışacaq
Niderland millisinin və "Ayaks" klubunun əfsanəvi futbolçusu və məşqçisi Yohan Kroyfun oğlu Yordi Kroyf "Ayaks"da çalışacaq. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Kroyf texniki direktor vəzifəsinə təyin olunub. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, 11 il "Ayaks" klubunda oynayan Yohan Kroyf 281 oyunda 204 qol vurub. Futbolçu karyerasını bitirdikdən sonra isə üç il "Ayaks" komandasına baş məşqçilik edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər