Dünya
2025-ci ilin ən bahalı 10 avtomobili
2025-ci ildə hərraclarda dəyəri 10 milyon dollardan artıq olan çox sayda avtomobil satılıb. Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, onların arasında əfsanəvi superkarlar, keçmişin məşhur yarış avtomobilləri və "Formula-1" bolidləri yer alıb. Dünyanın ən bahalı avtomobilləri adətən yeni və məhdud buraxılışlı superkarlar deyil, hərraclarda satılan eksklüziv modellər olur. Əksər hallarda bunlar retro avtomobillərdir, lakin 2025-ci ildə müasir modellər də yüksək qiymətləri ilə diqqət çəkib. 2025-ci ilin ən bahalı 10 avtomobilini təqdim edirik: 1. "Mercedes W196" - 54 milyon dollar; 2. "Ferrari 250 LM"- 36.3 milyon dollar; 3. "Ferrari Daytona SP3" - 26 milyon dollar; 4. "McLaren F1" - 25 317 500 dollar; 5. "Ferrari 250 GT California Spider" - 25 305 000 dollar; 6. "Gordon Murray S1 LM" - 20 milyon dollar; 7. "Ferrari F2001" - 18 170 000 dollar; 8. "Ford GT40" - 13 205 000 dollar; 9. "McLaren MCL40A" - 11.5 milyon dollar; 10. "Ferrari F40 LM" - 11 005 000 dollar.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az