İdman
Azərbaycan - Litva oyununu o idarə edəcək
UEFA Millətlər Liqasının 4-cü turunda keçiriləcək Azərbaycan - Litva oyununun hakimləri açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, D Liqasının 2-ci qrupunun matçını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Qustavo Korreya olacaq. Ona həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.
VAR-da Bruno Esteves, AVAR-da Ana Klaudiya Silva Ribeyro olacaq.
Xatırladaq ki, oktyabrın 4-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Litva oyunu saat 17:00-da başlayacaq.
Mənbə
axar.az