Dünya
İlon Mask Brüsseldə yerli əhalinin azaldığını bəyan edib
Amerikalı iş adamı İlon Mask Brüsseldə "böyük əvəzlənmə"nin baş verdiyini və hazırda uşaqların 70%-dən çoxunun avropalı köklərə malik olmadığını bəyan edib. Oxu.Az xəbər verir ki, milyarder bu barədə "X" platformasındakı hesabında yazıb. "Avropa İttifaqının paytaxtı Brüsseldə uşaqların 73%-i avropalı deyil. Böyük əvəzlənmə artıq baş verib", - deyə o bildirib. Bu paylaşım şəhərdəki uşaqların 72.9%-nin miqrant ailələrində doğulduğunu göstərən statistikaya reaksiya olaraq edilib.
Mənbə
oxu.az