İdman
İtaliya A Seriyası: Hoylundun dublu "Napoli"yə qələbə qazandırdı
İtaliya A Seriyasında 17-ci tur çərçivəsində "Napoli" "Kremoneze"nin qonağı olub. Oxu.Az xəbər verir ki, matç qonaqların üstünlüyü ilə keçib. Neapol təmsilçisi rəqib qapıdan iki cavabsız top keçirib. Hoylund dubla (13, 45+1) imza atıb - 0:2. Bu qələbə sayəsində "Napoli" 34 xalla yarış cədvəlində 2-ci pilləyə yüksəlib. Onu lider "Milan"dan cəmi 1 xal ayırır. "Kremoneze" isə 21 xalla 12-ci pillədə qərarlaşıb.
Mənbə
oxu.az