İdman

İngiltərə millisinin sabiq futbolçusu həbs edilə bilər

28 Dec 2025, 19:48 1 baxış
İngiltərə millisinin sabiq futbolçusu həbs edilə bilər
"Liverpul" futbol klubu və İngiltərə millisinin keçmiş hücumçusu Endi Kerroll təqib qadağasını pozduğuna görə həbs cəzası ilə üzləşə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. O, aprel ayında təcavüzə cəhd şübhəsi ilə həbs olunub. Oyunçu 2026-cı ilin fevral ayının sonuna qədər girov müqabilində azadlığa buraxılıb. Lakin Kerroll iş üzrə zərərçəkmiş şəxsə yaxınlaşma və ya onunla əlaqə saxlama qadağasını pozub. Qeyd edək ki, hazırda 36 yaşlı Kerroll İngiltərənin altıncı divizionunda oynayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər