Dünya
Papa XIV Leo Ukraynaya 100 min porsiya şorba göndərib
Roma Papası XIV Leo Ukraynanın regionlarına üç yük maşını humanitar yardım göndərib. Oxu.Az bildirir ki, bu barədə məlumatı Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti yayıb. Qeyd edilir ki, yardımın tərkibinə 100 min porsiya dehidratlaşdırılmış şorba daxildir. "Bir qədər su əlavə edildikdə toyuq və tərəvəzlə zəngin, qidalı şorbalara çevrilən yüz min paket", - deyə məlumatda vurğulanır. Ərzaq yardımı ən çox atəşə məruz qalan cəbhəyanı bölgələrdə paylanacaq.
Mənbə
oxu.az