Dünya
Nyu-York meri yerli sakinlərə evdə oturmağı və əhalinin sayını artırmağı tövsiyə edib
Nyu-Yorkda baş verən güclü çovğundan sonra şəhərin başçısı Erik Adams yerli sakinlərə evdə oturmağı və əhalinin sayını artırmağı tövsiyə edib. Oxu.Az bu barədə RBC-ya istinadən xəbər verir. "Evdə qalın. Bu gün uşaq mayalandırmaq üçün əla gündür. Biz əhalinin sayını artırmaq istəyirik", - deyə o bildirib. Xatırladaq ki, dekabrın 27-də ABŞ-nin hər iki sahilində boranlı hava müşahidə edilib. Həmin gün Nyu-Yorkun bəzi ərazilərində qar örtüyünün hündürlüyü 23 sm-ə çatıb.
Mənbə
oxu.az