Dünya

Etna vulkanı püskürdü: Lava 400 metrədək fontan vurdu

28 Dec 2025, 15:12 1 baxış
Etna vulkanı püskürdü: Lava 400 metrədək fontan vurdu
İtaliyanın Siciliya adasında Avropanın fəaliyyətdə olan ən hündür vulkanı Etna püskürüb. Oxu.Az bu barədə "Virgilio" portalına istinadən xəbər verir. Aktivliyin pik həddində lava 300-400 metr hündürlüyə fontan vurub. Bir neçə kilometr hündürlüyə qalxan kül sütunu qərb və cənub-qərb istiqamətində yayılaraq yaşayış məntəqələrinə tökülüb. Qeyd olunur ki, yerli Mülki Müdafiə Departamenti sarı təhlükə səviyyəsi elan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər