İdman
Kriştianu Ronaldu meydanda keçirilən dəqiqələrin sayına görə lider oldu
"Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu XXI əsrdə Avropanın ən güclü beş çempionatındakı matçlarda meydanda keçirilən dəqiqələrin sayına görə dünya futbolunun lideri olub. Oxu.Az "Score 90" saytına istinadən xəbər verir ki, portuqaliyalı forvard 75 927 dəqiqəlik göstərici ilə reytinqdə birinci yeri tutur. Argentinalı Lionel Messi 70 022 dəqiqə ilə üçüncü pillədə qərarlaşıb. İkinci yeri isə ispaniyalı müdafiəçi Serxio Ramos tutur (70 461 dəqiqə). XXI əsrdə Avropanın Top-5 liqalarındakı oyunlarda ən çox dəqiqə keçirən beş futbolçu: Kriştianu Ronaldu - 75 927 dəqiqə; Serxio Ramos - 70 461 dəqiqə; Lionel Messi - 70 022 dəqiqə; Raul Albiol - 63 541 dəqiqə; Dani Alveş - 63 066 dəqiqə.
Mənbə
oxu.az