Dünya

"Labubu" oyuncağının 10 illiyi qeyd olunur: Honkonqda sərgi açıldı

28 Dec 2025, 06:48 1 baxış
"Labubu" oyuncağının 10 illiyi qeyd olunur: Honkonqda sərgi açıldı
Honkonqda populyar "Labubu" oyuncağının 10 illiyi münasibətilə sərgi açılıb. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat verib. Asiya Cəmiyyət Mərkəzindəki sərgidə "Labubu" ilə yanaşı müəllifin yaratdığı digər personajlar da təqdim olunur. Sərgi yanvarın 4-dək davam edəcək. Qeyd edək ki, "Labubu" personaj honkonqlu rəssam və yazıçı Kasinq Lunq tərəfindən yaradılıb. Komiks personajə 2015-ci ildə yaradılsa da, onun populyarlığı tədricən artıb. Dönüş nöqtəsi 2019-cu ildə "Pop Mart" şirkətinin müəlliflə onun əsərləri əsasında oyuncaqlar istehsal etmək üçün müqavilə imzalaması olub. "Labubu"lar hazırda rəng, forma və ölçü baxımından fərqlənən 300-dən çox versiyaya malikdir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər