İdman
İtaliya A Seriyası: "Yuventus" səfərdən üç xalla qayıdır
İtaliya A Seriyasında 17-ci turun matçları oynanılır. Oxu.Az xəbər verir ki, səfərdə "Piza"nın qonağı olan "Yuventus" autsayderin müqavimətini qırmaqda çətinlik çəkib. Matçda hesab yalnız ikinci hissənin ortalarında açılıb. Qonaqlardan Pyer Kalulu 73-cü dəqiqədə topu meydan sahiblərinin qapısına göndərib. 90+2-ci dəqiqdə Kenan Yıldız fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib - 0:2. Bu qələbədən sonra "qoca sinyora" 32 xalla turnir cədvəlində ilk üçlüyü qapayır. "Piza" isə 11 xalla 19-cudur.
Mənbə
oxu.az