İdman

İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda məğlub oldu

27 Dec 2025, 23:36 1 baxış
İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda məğlub oldu
İngiltərə Premyer Liqasının 18-ci turunda "Çelsi" öz meydanında "Aston Villa"nı qəbul edib. Oxu.Az xəbər verir ki, ilk qolu meydan sahibləri vursalar da, sonda sevinən tərəf qonaqlar olublar. 37-ci dəqiqədə Joau Pedru hesabı açaraq londonluları irəli çıxarıb. Lakin Olli Uotkins 63 və 84-cü dəqiqələrdə dubl edərək "zadəganlar"ı məyus edib - 1:2. Bu oyundan sonra "Çelsi" İngiltərə Premyer Liqasında 29 xalla beşinci, Aston Villa isə 39 xalla üçüncü yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər