İdman
Ronaldu karyerasının 956-cı qolunu vurdu
"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının 11-ci turunda "Əl-Ohdud" klubu ilə oyunun ilk hissəsində dubl edib. Oxu.Az-ın məlumatına görə, hücumçu 31 və 45-ci dəqiqələrdə fərqlənib. Bu qollar portuqaliyalı futbolçunun klub və milli komanda oyunlarında 955-ci və 956-cı qolları olub. Məhz onun dublu və Feliksin 90+4-cü dəqiqədəki məhsuldar zərbəsi sayəsində "Ən-Nəsr" matçı qələbə ilə başa vurub - 3:0.
Mənbə
oxu.az