Digər

Rusiya "Naftoqaz"ı vurdu

27 Dec 2025, 21:39 1 baxış
Rusiya "Naftoqaz"ı vurdu

Rusiya "Şahid" dronları ilə qaz hasilatı obyektlərinə və "Naftoqaz" İES-ə hücum edib.


Axar.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.


Hücum barədə danışan "Naftoqaz”ın İdarə Heyətinin sədri Sergey Koretski Rusiyanın hücumları məqsədyönlü şəkildə həyata keçirdiyini bildirib:


“Düşmənin məqsədi şaxtadan və yüklənmədən istifadə edərək sistemi sıradan çıxarmaqdır”.


Qeyd edək ki, dekabrın 27-də gecədən səhərə kimi Rusiya ordusu 40 raket və 519 PUA ilə hücum edib.

Mənbə axar.az

Oxşar Xəbərlər