İdman

Florentino Peres Zidanla bağlı hərəkətə keçdi

27 Dec 2025, 17:30 1 baxış
Florentino Peres Zidanla bağlı hərəkətə keçdi
"Real Madrid"in prezidenti Florentino Peres Zinəddin Zidanın yenidən komandanın baş məşqçisi olmasını istəyir. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, Peres Zidanı kluba geri gətirməkdə israrlıdır. Fransalı mütəxəssisin 2026-cı il dünya çempionatından sonra millinin baş məşqçisi olacağı deyilsə də, "Real Madrid" rəhbərliyi onu bu fikrindən yayındırmaq istəyir. Florentino Peres 2026-cı ildən etibarən komandanı Zidana tapşırmağı düşünür. Xatırladaq ki, 53 yaşlı mütəxəssis 2013-2014, 2016-2018 və 2018-2021-ci illərdə "Real Madrid"in baş məşqçisi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər