İdman
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" evdə qələbə qazandı
İngiltərə Premyer Liqasında 18-ci turun oyunlarına start verilib. Oxu.Az xəbər verir ki, turun açılış matçında "Mançester Yunayted" və "Nyukasl" komandaları qarşılaşıblar. "Old Trafford" stadionunda keçirilmiş görüş "qırmızı şeytanlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu matçın 24-cü dəqiqəsində Patrik Orqu vurub. Bu nəticə ilə Mançester təmsilçisi turnir cədvəlində 29 xalla 5-ci, "Nyukasl" isə 23 xalla 11-ci pillədə qərarlaşıb.
Mənbə
oxu.az