İdman

"YouTube" Lamin Yamala hədiyyə təqdim etdi

27 Dec 2025, 00:48 1 baxış
"YouTube" Lamin Yamala hədiyyə təqdim etdi
"Barselona"nın vingeri Lamin Yamal yeni nailiyyəti ilə öyünüb. Oxu.Az xəbər verir ki, 18 yaşlı futbolçu "YouTube"un bir milyon abunəçisi olan bloqerlərə təqdim edilən "Qızıl düymə"sini paylaşıb. Yamal öz kanalını yalnız dekabrın 22-də yaradıb və cəmi bir video və bir neçə "shorts" sayəsində iki gün ərzində milyonluq auditoriya toplayıb. Qeyd edək ki, cari mövsümdə Yamal "Barselona"nın heyətində İspaniya La Liqasında 14 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər