İdman

Azərbaycanda oyun zamanı azarkeşlər rəqib futbolçulara hücum ediblər

26 Dec 2025, 17:38 1 baxış
Azərbaycanda oyun zamanı azarkeşlər rəqib futbolçulara hücum ediblər
Region Liqasında çıxış edən "Xıdırlı" komandasına texniki məğlubiyyət verib. Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. Buna səbəb "Xıdırlı" - "Viləş" matçında meydan sahibinin azarkeşlərinin meydançaya daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstərməyi olub. Nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə qarşılaşma yarımçıq dayandırıldığı üçün "Xıdırlı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər