Siyasət

Nazir: "Rus Evi"nin ləğvi prosesi başa çatıb"

26 Dec 2025, 16:22 1 baxış
Nazir: "Rus Evi"nin ləğvi prosesi başa çatıb"
"Rus Evi" və istənilən təsisatın fəaliyyət göstərməsi ölkə qanunvericiliyinə və dövlətlərarası sazişə uyğun olmalıdır". Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, "Rus Evi" ilə bağlı ən son təmaslar bir müddət əvvəl olub: "Ləğvetmə prosesi ilə bağlı bir sıra yarımçıq məsələlər qalmışdı. Rusiya tərəfi prosesi yekunlaşdırmaq üçün ləğvedicilər təyin etmişdi və buna tərəfimizdən dəstək də verildi. Artıq yarımçıq və həlli olmayan məsələ qalmayıb və ləğvetmə prosesi tam başa çatıb" Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər