Siyasət
Ceyhun Bayramov: "907-ci düzəlişin tamamilə ləğvi üçün konkret addımlar atılmalıdır"
"Vaşinqton görüşündə 907-ci düzəlişin dayandırılması ilə bağlı razılıq əldə edilib. Bu düzəlişi qüvvədə saxlamağı biz lazımsız hesab edirik. Onun tamamilə ləğvi üçün konkret addımlar atılmalıdır". Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Diplomat deyib ki, dekabrda Florida ştatından olan deputat tərəfindən bununla bağlı qanun layihəsi təqdim edilib: "Artıq bunun üçün xeyli münbit şərait var, biz buna nikbin baxırıq, lakin nəticədə yekun qərar ABŞ konqresinin olacaq". Mərahim Nəsib
Mənbə
oxu.az