İdman

"Qarabağ"ın rəqibi ən çox cərimələnən ikinci klubdur

26 Dec 2025, 16:38 1 baxış
"Qarabağ"ın rəqibi ən çox cərimələnən ikinci klubdur
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi "Ayntraxt Frankfurt" klubu 2024/2025 mövsümündə azarkeşlərin davranışlarına görə ən çox cərimələnən klublardan olub. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, "Ayntraxt Frankfurt" Almaniya Futbol İttifaqı (DFB) tərəfindən ümumilikdə 764 min avrodan çox cərimələnib. Frankfurt komandası "Köln"dən sonra ən çox cərimələnən ikinci klub olub. "Köln" klubu 900 min avrodan çox ziyana düşüb. Qeyd edək ki, "Ayntraxt Frankfurt" klubuna UEFA Çempionlar Liqasının son səfər matçında "Barselona"ya məğlubiyyətindən sonra azarkeşlərin qəzəblənərək pirotexniki vasitələrdən istifadə etmələrinə, fişənglər yandırmalarına və stadionun tualetlərini dağıtmalarına görə "Qarabağ"la Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək səfər oyunu üçün bilet satışına məhdudiyyət qoyulub. Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" oyunu 2026-cı il yanvarın 21-də saat 21:45-ə planlaşdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər