Siyasət
XİN rəhbəri: "415 mina qurbanının 71 nəfəri həyatını itirib"
"2020-ci ildə hərbi əməliyyatlar dayanandan sonra minalar mövzusu prioritet olub. İlk gündən bununla bağlı intensiv iş aparılıb. İlk mina xəritəsini Ermənistan bizə 2021-ci ildə verib". Oxu.Az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib: "2026-cı ildə də biz bununla bağlı işimizi davam etdirəcəyik. Təəssüf ki, mina qurbanlarının sayı 415 nəfərdir, onlardan 71 nəfər həyatını itirib. Ermənistan tərəfi isə iddia edir ki, bütün xəritələr təqdim edilib". Mərahim Nəsib
Mənbə
oxu.az