Siyasət

Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı SƏRƏNCAM

26 Dec 2025, 16:43 1 baxış
Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı SƏRƏNCAM
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Himayəçilik Şurasının yeni tərkibi təsdiqlənib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib: - Azərbaycan Respublikası maliyyə nazirinin müavini - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri.
Mənbə oxu.az

Oxşar Xəbərlər