İdman
Dembele daha bir mükafat qazandı
Fransada 2025-ci ilin ən yaxşı idmançısının adı açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "Lequipe" nəşri məlumat yayıb. Belə ki, Fransada 2025-ci ilin ən yaxşı idmançısı adına PSJ-nin ulduz futbolçusu Usman Dembele layiq görülüb. O, 803 xalla birinci olub. Üzgüçü Leon Marşan 661 xalla ikinci yeri tutub. İlk üçlüyü 380 xalla yelkənli qayıq idman növündən Çarli Dalin tamamlayıb. Xatırladaq ki, bir müddət əvvəl Dembele FIFA tərəfindən 2025-ci ilin oyunçusu seçilmişdi.
Mənbə
oxu.az