Siyasət
Nazir: "2025-ci ildə Azərbaycan və Ermənistan arasında mühüm irəliləyişlər əldə olunub"
"Əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasətimiz zəngin olub". Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, Azərbaycan beynəlxalq səylərini uğurla həyata keçirərək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində əlaqələrini və diplomatik təmsilçilik şəbəkəsini genişləndirib, beynəlxalq müstəvidə mövqeyini gücləndirib: "Şanlı Zəfərimizin, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunmasının beşilliyinin qeyd olunduğu 2025-ci ildə bölgəmizdə yeni geosiyasi reallıqlara uyğun olaraq, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında Azərbaycan və Ermənistan arasında mühüm irəliləyişlər əldə olunub, dayanıqlı və sülh şəraitində əlverişli şəraitin yaranması istiqamətində addımlar atılıb". Mərahim Nəsib
Mənbə
oxu.az