Dünya
Səudiyyə Ərəbistanı Yəməndə separatçıların mövqelərinə zərbələr endirib
Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin şərqində yerləşən Hadramaut əyalətində Cənubi Keçid Şurası (CKŞ) separatçılarının mövqelərinə zərbələr endirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə CKŞ-yə yaxın olan "AIC" telekanalı məlumat yayıb. Qeyd edilib ki, Nəhb vadisində yerləşən Cənubi Keçid Şurasının qüvvələri hücuma məruz qalıb. Xəsarət alanlar barədə məlumat yoxdur. Ər-Riyad və ya separatçılar tərəfindən hələlik hər hansı rəsmi şərh verilməyib.
Mənbə
oxu.az