İdman

Dioqu Jotanın oğulları "Liverpul" - "Vulverhempton" matçından əvvəl meydançaya çıxacaqlar

26 Dec 2025, 14:58 1 baxış
Dioqu Jotanın oğulları "Liverpul" - "Vulverhempton" matçından əvvəl meydançaya çıxacaqlar
İngiltərə Premyer Liqasının 18-ci turunun "Liverpul" - "Vulverhempton" matçından əvvəl hər iki klubu təmsil edən mərhum Dioqu Jotanın oğulları komandaların talismanları ilə meydana çıxacaqlar. Bu barədə Oxu.Az "Championat" nəşrinə istinadən xəbər verir. Bu, Dioqu Jotanın faciəli ölümündən sonra "Liverpul" və "Vulverhempton" arasında ilk görüş olacaq. Xatırladaq ki, o, 2025-ci il iyulun 3-də öz qardaşı Andre ilə birlikdə avtomobil qəzasında həlak olub. Dioqu Jota İngiltərə Premyer Liqasında öz karyerasına "Vulverhempton"da başlayıb, 2018-ci ildə 14 milyon avro müqabilində "Atletiko Madrid"dən ayrılaraq onlara qoşulub. O, "canavarların" heyətində 131 oyun keçirib, 44 qol vurub və 19 məhsuldar ötürmə edib. 2020-ci ilin sentyabrında Jota "Liverpul"la müqavilə imzalayıb. "Liverpul"da oynadığı müddət ərzində 182 oyun keçirib, 65 qol vurub və 26 məhsuldar ötürmə edib. "Liverpul" - "Vulverhempton" matçı dekabrın 27-də "Enfild" stadionunda keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər