İdman

Yokiç NBA-da unikal nailiyyətə imza atıb

26 Dec 2025, 13:28 1 baxış
Yokiç NBA-da unikal nailiyyətə imza atıb
"Denver Naqqets"in mərkəz oyunçusu Nikola Yokiç Milli Basketbol Assosiasiyasının (NBA) tarixində 55 və ya daha çox xalla bir neçə tripl-dabl (üç əsas göstərici üzrə ikirəqəmli nəticə) əldə edən ilk oyunçu olub. Oxu.Az "Polymarket"ə istinadən xəbər verir ki, bu nailiyyət serb idmançısına NBA-nın müntəzəm çempionatında "Minnesota Timbervulvz" ilə oyunda müyəssər olub. Denverdəki "Ball Arena"da keçirilən qarşılaşmada Nikola matçın ən məhsuldar oyunçusu olub və tripl-dabl (56 xal, 16 ribaund və 15 məhsuldar ötürmə) əldə edib. Bu matçda Yokiç 55 və daha çox xalla növbəti tripl-dablını qazandı, bu isə əvvəllər liqanın tarixində heç bir oyunçuya müyəssər olmamışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər