Siyasət
Ənənəvi biliklərə aid olan obyektlər ixtira, faydalı model və sənaye nümunəsi sayılmayacaq
İxtira, faydalı model və sənaye nümunəsi sayılmayan obyektlərin siyahısı genişləndirilir. Oxu.Az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Patent haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, ənənəvi biliklərə aid olan obyektlər (ənənəvi biliklərə əsaslanan ixtiralar istisna olmaqla) ixtira, faydalı model və sənaye nümunəsi sayılmayacaq. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. Samir Əli
Mənbə
oxu.az