İdman
"Real Madrid" klubu Xabi Alonsonun əvəzləyicisini tapıb
"Real Madrid" klubunun sabiq futbolçusu və gənclər komandasının ("Castilla") baş məşqçisi Alvaro Arbeloa Xabi Alonsonun əsas əvəzedicisi sayılır. Oxu.Az ESPN nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun kadr problemlərini həll etmək üçün qış transfer bazarına çıxmağı nəzərdən keçirib, lakin rəhbərliyin yanvar ayında transfer etmək ehtimalı az görünür. İspaniya Superkuboku "Real Madrid" üçün mövsümün qırılma anı ola bilər, çünki Alonsonun gələcəyi sual altındadır və onun klubda mümkün əvəzedicisi kimi "Castilla"nın məşqçisi Alvaro Arbeloanın adı hallanır. Hazırda "Real" İspaniya çempionatının turnir cədvəlində 42 xalla ikinci yeri tutur. Komanda lider "Barselona"dan dörd xal geri qalır. İspaniya Superkubokunda "Real Madrid" yarımfinalda "Atletiko Madrid"lə qarşılaşacaq. Matç yanvarın 8-də baş tutacaq.
Mənbə
oxu.az