İdman
İngiltərə Premyer Liqasının cari mövsümündə ən çox qol vəziyyəti yaradan komandalar - SİYAHI
"Mançester Yunayted" 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında (İPL) yaradılan qol vəziyyətlərinin sayına görə lider mövqedədir. Oxu.Az xəbər verir ki, bu barədə "WhoScored" statistik portalı məlumat yayıb. Məlumata görə, "Mançester Yunayted" mövsüm ərzində 207 qol vəziyyəti yaradıb ki, bu da komandanı İPL klubları arasında birinci yerə yüksəldib. İkinci pillədə 204 qol vəziyyəti ilə "Liverpul" qərarlaşıb. İlk üçlüyü isə 186 qol vəziyyəti yaradan "Mançester Siti" tamamlayır. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq "Çelsi" (181) və "Arsenal" (171) yer alırlar.
Mənbə
oxu.az