Cəmiyyət

"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT

25 Dec 2025, 22:12 1 baxış
"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT
Bakının Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-lisey kompleksinin müəllimləri Baku TV-nin qaynar xəttinə müraciət edərək təhsil ocağının qarşısında yaradılan "AzParking" zonasından narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, hər gün işə gedib-gəldikləri üçün avtomobillərini məktəbin qarşısında saxlayırlar və bunun müqabilində gündəlik 4-5 manat ödəniş edirlər. Müəllimlərdən biri bildirib ki, ərazi onların xəbəri olmadan, heç bir elan verilmədən və avtomobillər siyahıya alınmadan "AzParking" zonası elan edilib: "Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir". Başqa bir müəllim isə məsələ ilə bağlı narazılığını belə ifadə edib: "Həftənin beş günü 40 manat ödəsəm, ayın sonunda bu, kifayət qədər böyük məbləğ edir. "AzParking" əməkdaşlarına şikayət etdikdə "ictimai nəqliyyatdan istifadə edin" cavabını alırıq". Daha ətraflı Baku TV-nin videomaterialında:
Mənbə oxu.az

Oxşar Xəbərlər