İdman

Futbolçu olmaq istəyənlərin NƏZƏRİNƏ: Seçimlər başlayır

25 Dec 2025, 21:24 1 baxış
Futbolçu olmaq istəyənlərin NƏZƏRİNƏ: Seçimlər başlayır
"Kəpəz" Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır. Oxu.Az xəbər verir ki, bu barədə "Kəpəz" futbol klubu məlumat yayıb. Qeyd edilib ki, 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızlar seleksiya məşqlərinə dəvət olunurlar. Seçimlər 2026-cı il yanvarın 3-4-də təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq. Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar. Qeydiyyat üçün 051-872-13-15 nömrəsi ilə əlaqə saxlamaq olar.
Mənbə oxu.az

Oxşar Xəbərlər